“Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var” –BMT-nin Baş katibi

“Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var” –BMT-nin Baş katibiDünyadakı atəşkəsin qarşısını kəsən əsas maneə etibarsızlıq və hərbi münaqişələrə müdaxilə edən xarici qüvvələrin destruktiv hərəkətləridir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın birinci Baş Assambleyasının 75-ci ildönümündə deyib.

“Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var. Birincisi – etibarın çatışmamazlığı. Etibarın defisiti insanların birləşməsinə, danışıqlara getməsinə və münaqişəni dayandırması üçün bir maneədir. İkincisi isə – destruktiv qüvvələrdir” – baş katib bildirib.

Təşkilat başçısı bir çox ölkənin digər dövlətlərin daxili qarşıdurmalarına müdaxilə etdiyini və onları ağırlaşdırdığını qeyd edib. O, eyni zamanda, böyük dövlətləri beynəlxalq səviyyədə nizam yaratmaq üçün fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.

Quterreş həmçinin nüvə qarşıdurmasının dünyaya qayıtdığını da vurğulayıb. Onun sözlərinə görə, dünyada geosiyasi gərginlik artmaqda davam edir.

“Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var” –BMT-nin Baş katibi

  • 11-01-2021, 10:00
  • 178


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var” –BMT-nin Baş katibi
  2. İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi
  3. Vilayət Eyvazovdan yeni TƏYİNAT
  4. General Hikmət Abbasovun "yeni bazarı"- Kəmaləddin Heydərovun xəbəri varmi?
  5. Xankəndi yaxınlığında yenə atışma oldu...
  6. "Paşinyan diz çökmüş bir liderdir və masada bərabər münasibətləri olmayanlarla oturmuşdu"
  7. 11 yanvar eposu və ənənəvi biganəlik – RÜFƏT MURADLI
  8. Polis əməliyyat keçirdi - Saxlanılanlar var
  9. Rusiyada baş vermiş güclü yanğın zamanı 8 nəfər ölüb, 90 sakin təxliyyə olunub
  10. Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI