Rusiya XİN başçısı:“Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb”

Rusiya XİN başçısı:“Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb”“Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr üçtərəfli bəyanatında qeyd olunmayıb. Bu, şüurlu şəkildə edilib”.

Bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrin yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin cavabdehliyində olan zonadır.

“Bakı və İrəvanla təmaslarımızda məhz bundan çıxış edirik. Dağlıq Qarabağın statusu məsələsi ziddiyyətlidir. Üç lider tərəfindən qərar verilib ki, bu məsələ bir tərəfə qoyulsun, sonraya, gələcəyə saxlanılsın, bununla o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olmalıdırlar”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (apa)

Rusiya XİN başçısı:“Dağlıq Qarabağın statusu məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb”

  • 18-01-2021, 15:05
  • 241


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ƏLİ HƏSƏNOVA 2 MİLYARDLIQ KORRUPSİYA İTTİHAMI... - İstintaqda dindirildiyi, 15 milyon geri qaytardığı deyilir + FOTOLAR
  2. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  3. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  4. Azərbaycanda tanınmış məşqçinin oğlu ÖZÜNÜ ASDI
  5. Sabah hava necə olacaq? –Proqnoz
  6. DEPUTAT BU XƏSTƏXANANI İTTİHAM ETDİ - "Rüşvət almaq adi hala çevrilib, əməlli “bazar”dır"
  7. ƏRDOĞAN VƏ BAĞÇALI ŞUŞAYA GƏLİR - Türk məktəbinin təməli birlikdə atılacaq!
  8. Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ
  9. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  10. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI