Sabah Bakıda bu yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq –SİYAHI

Sabah Bakıda bu yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq –SİYAHI20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı sabah paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, yanvarın 20-də səhər saatlarından mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq: “Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə, Şövqiyar Abdullayev küçəsinin Parlament prospekti ilə kəsişməsindən bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

Vaqif Əsədov sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ictimai nəqliyyata üstünlük verilmələrini tövsiyə edib: “Həmçinin Şəhidlər Xiyabanı ziyarət edəcək şəxslər Parlament prospekti ilə hərəkət edəcək. Sosial məsafə gözlənilməklə ziyarətçilər 5 nəfərlik qruplar halında parlament prospektinə buraxılacaqlar”.

Sabah Bakıda bu yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq –SİYAHI

  • 19-01-2021, 14:10
  • 282


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  2. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  3. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  4. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
  5. Rusiya və BƏƏ səsdən sürətli sərnişin təyyarəsi yaradır - Rusiyalı nazir
  6. Türkiyəyə daxil olmağa çalışan 4 terrorçu saxlanılıb
  7. “Gürcüstan Azərbaycanla daha çox dialoq aparmalıdır” - İrakli Qaribaşvili
  8. Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
  9. PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto
  10. Qaradağ yolunda qəza baş verib - FOTOLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI