Nizami rayonunda ağaclar məhv edilir –VİDEO

Nizami rayonunda ağaclar məhv edilir –VİDEOBakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524-cü məhəlləsində binaların önündəki ağaclar hissə-hissə məhv edilir.

Ərazidə yaşayan sakinlər oksigen mənbəyi olan ağacların kəsilməsinə narazıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlamasında ərazidə ağacların kəsildiyini təsdiqləyib:

“Dünən axşam saatlarında Nizami rayonu, Şərifli küçəsi 2524 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub. Dərhal Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional İdarəsinin əməkdaşları həmin əraziyə yollanıb və ağac kəsilməsi faktı aşkar edilib. Eyni zamanda, hadisə yerindən bir neçə ağacın kəsilməsində istifadə edilən alətlər götürülüb.

Hazırda ərazinin sahibinin müəyyənləşməsi istiqamətində araşdırma davam edir. Çünki həmin ərazi qismən hasarlanmış ərazidir. Ərazinin mənsubiyyətinin öyrənilməsi ilə bağlı sorğular aparılıb. Yaxın günlərdə müvafiq cavablar alındıqdan sonra araşdırma davam etdiriləcək. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Vərəm xəstələrinin müalicə aldığı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da sözügedən ərazidə yerləşir.

Müxbir: Gülçin Cəmil

Foto/Video: Ehtiram Cəbi

Report.az

Nizami rayonunda ağaclar məhv edilir –VİDEO

  • 14-02-2021, 11:18
  • 285


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ƏLİ HƏSƏNOVA 2 MİLYARDLIQ KORRUPSİYA İTTİHAMI... - İstintaqda dindirildiyi, 15 milyon geri qaytardığı deyilir + FOTOLAR
  2. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  3. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  4. DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO
  5. Azərbaycanda tanınmış məşqçinin oğlu ÖZÜNÜ ASDI
  6. Sabah hava necə olacaq? –Proqnoz
  7. DEPUTAT BU XƏSTƏXANANI İTTİHAM ETDİ - "Rüşvət almaq adi hala çevrilib, əməlli “bazar”dır"
  8. ƏRDOĞAN VƏ BAĞÇALI ŞUŞAYA GƏLİR - Türk məktəbinin təməli birlikdə atılacaq!
  9. Ermənilər Xocavənddə məktəbi donuzxanaya çevirib - VİDEOREPORTAJ
  10. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI