Bakıya bir ayın yağıntısı bir gündə yağıb - "Qarın ən kəskin dövrü geridə qaldı"

825 24-02-2021, 18:20 cemiyyet

Bakıya bir ayın yağıntısı bir gündə yağıb - "Qarın ən kəskin dövrü geridə qaldı"Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb. Bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb: “Hazırda bəzi yerlərdə arabir də olsa qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”.

XƏBƏR LENTİ