Faiq Ələkbərlinin Turan-Türk sivilizasiyasının tədqiqinə aid kitabı yenidən nəşr olunub

1 290 25-05-2021, 11:01 cemiyyet

Faiq Ələkbərlinin Turan-Türk sivilizasiyasının tədqiqinə aid kitabı yenidən nəşr olunubBu günlərdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqları Başqanının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Turançılıq və Tanrıçılığa aid kitabı “Elm və təhsil” nəşriyyatında (Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı,Elm və təhsil nəşriyyatı, 2021, 492 səh. ) ikinci dəfə nəşr olunub. Əsərin ilk nəşri 2017-ci ildə Xan nəşriyyatında olub.

Kitabın elmi redaktoru Azərbaycandan fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev, Türkiyədən professor, dr. Necati Demirdir. Kitabın rəyçiləri isə Azərbaycandan fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, Türkiyədən dosent, dr. Refik Turandır.
Faiq Ələkbərlinin Turan-Türk sivilizasiyasının tədqiqinə aid kitabı yenidən nəşr olunub
Bununla bağlı mətbuata açıqlama verən F.Ələkbərli bildirib ki, kitabın ikinci nəşrinə bəzi əlavələr olunub və Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi daha dərindən təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib: “Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarınınm tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilibr. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır”.
Azərbaycan Türk aydının sözlərinə görə, eyni zamanda kitabln ikinci nəşrində islamaqədərki Türk filosoflarından da bəhs olunub, ilk dəfə onlar haqqında ətraflı məlumat verilib.

Kitabın 2021-ci ildəki ikinci nəşri
Bununla yanaşı kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-mifoloji və fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunmuşdur. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapmışdır.
F.Ələkbərli yeni işıq üzü görən monoqrafiyasında Orta çağ Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarları ayrıca tədqiq edib. Azərbaycan alimi bunu onunla izah etdi ki, bu Azərbaycan Türk dövlətlərinin tarixinə yenidən işıq salınmasına ciddi ehtiyac var idi. Özəlliklə, Azərbaycan türkləri Qacarların tarixini doğru şəkildə mənimsəməklə, yeni Türk dövlətinin əsasnı qoya bilərlər.
Azərbaycan alimi qeyd etdi ki, kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri də geniş təhlil olunub. F.Ələkbərli hesab edir ki, buna səbəb Türk birliyi ideyasına yeni baxış ortaya qoymaq olub. Bu anlamda əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunub. Onun sözlərinə görə, kitabda əsas məsələ kimi Türk Birliyinin Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında deyil, ayrıca yəni heç bir dini ayrı-seçkilik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməsi ideyası ortaya qoyulub.

Qeyd edək ki, bu kitab 2020-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində Astana yayınları tərəfindən Türkiyə türkcəsində də nəşr olunub.
Faiq Ələkbərlinin Turan-Türk sivilizasiyasının tədqiqinə aid kitabı yenidən nəşr olunub

XƏBƏR LENTİ