Seçkilərin nəticələrini tanımırıq - Robert Koçaryanın bloku

Seçkilərin nəticələrini tanımırıq - Robert Koçaryanın bloku“Bütün problemli məsələlər aydınlaşdırılmayınca və şübhələrə son qoyulmayınca seçkilərin nəticələrini qəbul etməyəcəyik”.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq prezident Robert Koçaryanın rəhbəri olduğu "Ermənistan" blokunun bəyanatında deyilir.

Blokdan bildirilib ki, növbədənkənar parlament seçkilərinin dərc edilmiş nəticələri olduqca ziddir və etimada səbəb olmur: "Onlar ictimai həyatın (hansıların ki, 8 ay ərzində şahidi olduq) müxtəlif təzahürləri ilə, sorğuların nəticələri, həmçinin beynəlxalq sorğularla, eləcə də sağlam düşüncə ilə kəskin ziddiyyət təşkil edir".

Müxalifət qüvvələrinin təşviqat kampaniyasının gedişatında keçirilmiş izdihamlı mitinqləri və hakimiyyət orqanları tərəfindən keçirilmiş kiçik tədbirlər zamanı etimad böhranı tamamilə fərqli ictimai hisslərin mövcudluğunu göstərib.

“Etimadsızlığın ən ciddi əsası seçki günü müxtəlif seçki məntəqələrindən gələn yüzlərlə siqnaldır ki, bu da seçki nəticələrinin sistemli, əvvəlcədən planlaşdırılan saxtalaşdırılmasına şahidlik edir. "Ermənistan" bloku, iddia edilən pozuntularla bağlı dərhal dərin və əsaslı bir araşdırma aparmaq vəzifəsini qaldırır", - bəyanatda deyilir.

Seçkilərin nəticələrini tanımırıq - Robert Koçaryanın bloku

  • 21-06-2021, 09:31
  • 424


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  2. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  3. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  4. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  5. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  6. Azərbaycanda oğul atanı bıçaqladı
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  9. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
  10. Sevgilisinin mənzilinə gedib qızını zorladı
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI