Əfqanıstan uğrunda yeni mübarizə başlayır – Çin və Rusiya nə edəcək?

Əfqanıstan uğrunda yeni mübarizə başlayır – Çin və Rusiya nə edəcək?ABŞ prezidenti Co Bayden ölkəsinin Əfqanıstanı tərk etməsini əsas səbəbini belə izah etdi ki, Amerikanın başlıca məqsədi Əl-Qaidə terror təşkilatını bitirmək idi və buna nail olundu. Terrorçuların lideri də bir az sonra tapılaraq qətlə yetirildi. Ağ Ev sahibi Əfqanıstanı tərk etmənin başqa səbəbini də göstərdi: “Strateji rəqiblərimiz - Rusiya və Çin istəyirdilər ki, Amerika ordusu Əfqanıstandan çıxmasın və Vaşinqton milyardlarla dollar maliyyə xərcləməkdə davam etsin”.

Baydenin bu sözlərindən anlaşılır ki, Moskva və Pekin Amerikanın Əfqanıstanda müflisləşməsini və fiasokusunu arzulayırdı. Əslində Moskva və Pekin hər ikisinə nail oldu. Amerikanın Əfqanıstanda xərclədiyi yüz milyardlarla dollar nəticə vermədi və amerikalı hərbçilərin sürətli qaçışı superdövlətin imicinə mənfi təsir etdi. Bəziləri hətta sual edir ki, Amerika və NATO qüvvələri 20 ildə Əfqanıstanda nəticə əldə etməyərək hakimiyyəti mübarizə apardıqları terrorçu təşkilata təhvil veriblərsə Şimali Atlantika Bloku kimə və nəyə lazımdır?

ABŞ-la yanaşı Avropa İttifaqı da Əfqanıstan məsələsində Rusiya və Çindən şübhələnir. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel bildirib ki, Avropa İttifaqı Rusiya və Çinə Əfqanıstan üzərində nəzarət götürməyə imkan verməməlidir: “Moskva və Pekinə Kabulun sponsoru olmağa imkan verməməliyik”.

Borellə yanaşı digər avropalı rəsmilər də hesab edirlər ki, Moskva və Pekin Əfqanıstandakı siyasi vakuumu doldurmağa çalışacaqlar.

Bu arada, Avropa İttifaqı Əfanıstanla bağlı ABŞ və Mərkəzi Asiya ölkələri ilə yanaşı Türkiyə, İran, Pakistan və Hindistanla da dialoq aparacağını bəyan edib. Çünki bu ölkələrin də Əfqanıstandakı hadisələrə təsir gücü var.

Moskva və Pekin Brüsselin yanaşmasından narazıdır. Moskva və Pekin hesab edirlər ki, Qərb əvvəlkitək özündən uzaq ölkələri Qərb standartlarına tabe etdirmək istəyir və bu heç bir nəticə vermir. Moskva və Pekin bununla demək istəyirlər ki, Qərb Avsrasiya bölgəsinə demokratiya gətirə bilməyəcək.

Moskva və Pekinin məntiqinə görə, Avrasiya ölkələrini rahat buraxmaq lazımdır. Bu nə deməkdir? Yəni Qərb Avrasiya bölgəsindəki proseslərə qarışmasın, avtoritar rejimlərə toxunmasın, terrorçularla mübarizə aparmasın, insan haqlarının bərpasına çalışmasın. Bu məntiqlə əgər “Taliban” gələcəkdə də Əfqanıstanı qapalı ölkəyə çevirib sərt qanunlarla idarə edəcəksə, buna qarışmaq lazım deyil, qoy bildiklərini etsinlər. Bu “məntiqin” arxasında Rusiya və Çinin Əfqanıstandakı maraqlarının təminatı dayanır ki, buna Qərb ölkələri seyrçi qalmayacaqlar.

“Atlas” Araşdırmalar Mərkəzi

Əfqanıstan uğrunda yeni mübarizə başlayır – Çin və Rusiya nə edəcək?

  • 4-09-2021, 16:58
  • 241


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  3. 14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama
  4. Temperatur kəskin enir: 2 DEKABRADƏK... - XƏBƏRDARLIQ
  5. “Yaxt klub”da oğurluq olub
  6. Neft yenidən bahalaşıb
  7. Bakıda 15 yaşlı yeniyetmə vəfat etdi
  8. Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
  9. “AzerGold” şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU… – NƏ İŞLƏR ÇEVİRİR… FOTO
  10. Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI