“Sadakatsiz” İspaniyada rekord qırdı

6 777 8-09-2021, 10:49 sou

“Sadakatsiz” İspaniyada rekord qırdıTürkiyənin Kanal D televiziyasında yayımlanan məşhur serial “Sadakatsiz” İspaniyada rekord qırıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin ən reytinqli televiziyası olan “Antena 3”də Türkiyə istehsalı olan ekran işi yayımlanmağa başlayıb.

Cansu Dere, Caner Cindoruk və Melis Sezenin baş qəhrəmanı olduğu layihənin kanalda “İnfiel” adı ilə ilk seriyası nümayiş edilib.

İki milyon üç yüz əlli yeddi min tamaşaçı ilə zirvəyə yerləşən “Sadakatsiz”in ən yaxın rəqibindən 7.7 xal fərqi olub. Beləliklə, serial İspaniyada 2018-ci ildən bu yana ən çox izlənmə sayına sahib olan xarici istehsal olan ekran işi kimi qeydə alınıb.

Həmçinin, serialda “Asya” obrazını canlandıran aktrisa C. Dere isə İspaniyada son 24 saatda tvitterdə trend siyahısında lider olub.

Aktrisa bununla bağlı instaqramda paylaşım edərək “Çox təşəkkür edirəm, İspaniya” şərhini yazıb.

XƏBƏR LENTİ