Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

656 11-09-2021, 18:10 hadise

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub.

“Report”un Yuxarı Şivan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Yaralılar təcili tibbi yardım maşının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Meyit isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO
Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO
Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

XƏBƏR LENTİ