Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb

Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıbProkurorluq Gəncədə şəhərində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Şəhər prokurorluğundan "Report"a daxil olan məlumatda deyilir:

"Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərenerji” ASC-nin Gəncə Qərb Regional Enerji Təchizatı və Satışı idarəsində usta vəzifəsində işləyən İlyas İsmayılov qeyd edilən yarımstansiyada təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb

  • 17-09-2021, 09:52
  • 276


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  3. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  4. İki uşaq anası özünü binadan atdı
  5. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  6. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  7. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  8. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  9. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
  10. Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI