Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...

674 21-09-2021, 09:38 hadise

Ağdamda ekskavator minaya düşdü, bir nəfər ağır yaralandı...Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

Rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.

Partlayış zamanı yaralanan şəxs Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. (APA)

XƏBƏR LENTİ