“Bild”: Polis qaçqınları qamçıyla uzaqlaşdırır - Ağ Evin mətbuat katibi dəhşət içindədir... - VİDEO

501 23-09-2021, 09:14 dunya

“Bild”: Polis qaçqınları qamçıyla uzaqlaşdırır - Ağ Evin mətbuat katibi dəhşət içindədir... - VİDEOAmerika süvari polisi Rio-Qrande çayı vasitəsilə ABŞ-a keçməyə çalışan qaçqınları insanlığa sığmayan qəddarlıqla geriyə qayıtmağa məcbur edir. Belə ki, polis insanları acımadan qamçılayaraq qovur. Hətta hökumət də onların hərəkətlərini qınayir. Bu səhnələr bir daha ölkənin cənubunda miqrasiya böhranının nə dərəcədə geniş yayıldığını göstərir. Moderator.az bu barədə “Bild” nəşrinə istinadla xəbər verir

Bunlar qorxulu səhnələrdir. Meksika ilə sərhəddə ABŞ süvari polisi Rio-Qrande çayını keçməyə cəhd edən qaçqınları qamçıyla vuraraq geriyə qovur. Səlahiyyətlilər bu hərəkətləri qınayır. Gördükləri Ağ Evin mətbuat katibi Cen Psakini dəhşətə gətirib. “Bu kadrlara baxanda dəhşətə gəlirsən. Polisin bu cür hərəkətlərinə haqq qazandırmaq mümkün deyil. Hazırda kadrlar diqqətlə təhlil edilir. Lazım gələrsə, ölçü götürüləcək”.
“Bild”: Polis qaçqınları qamçıyla uzaqlaşdırır - Ağ Evin mətbuat katibi dəhşət içindədir... - VİDEO
Bu səhnələri lentə alan fotoqraf etiraf edir ki, söhbət müstəsna bir vəziyyətdən gedir. Çünki bu kadrlar bir daha ABŞ-ın cənubunda miqrasiya böhranının ciddiliyindən xəbər verir. Minlərlə insan indi Meksika ilə ABŞ arasındakı sərhədi keçməyə çalışır.



Miraslan

XƏBƏR LENTİ