Azərbaycanda bədbəxt hadisə: Qurğu fəhlənin qolunu qopardı

557 9-10-2021, 09:30 hadise

Azərbaycanda bədbəxt hadisə: Qurğu fəhlənin qolunu qopardı
Azərbaycanda bədbəxt hadisə: Qurğu fəhlənin qolunu qopardı
Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Xəbərdar.net " Report"a istinadən xəbər verir ki, , şəhər sakini, 1965-ci il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi “Kristal Beton” zavodunda avtomobilə qum-çınqıl tökən avadanlığın altındakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ