"AUKUS regional sabitliyi pozur" - Putin

"AUKUS regional sabitliyi pozur" - Putin"ABŞ, Böyük Britaniya və Avstraliyanın yaratdığı yeni təhlükəsizlik tərəfdaşlığı - AUKUS regional sabitliyi pozur". Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Amerikanın “CNBC” telekanalına müsahibəsində deyib.

“Qeyd etdiyiniz AUKUS da daxil olmaqla bəzi blokların yaradılması, şübhəsiz ki, regional sabitliyi pozur, çünki mənim fikrimcə, bir-birinlə dost olmaq yaxşıdır, amma "kiməsə qarşı dost olmaq" - bu, pisdir. Bu, hamımızın danışdığı və hamımızın maraqlı olduğu sabitliyi pozur", - Putin əlavə edib.

Prezident, vəziyyətin bəzi gözlənilməz ssenarilər üzrə inkişaf etməyəcəyinə və bölgədə əlavə gərginliyə səbəb olmayacağına ümidvar olduğunu söyləyib.

Xatırladaq ki, Avstraliya, Britaniya və ABŞ 15 sentyabrda yeni bir təhlükəsizlik ortaqlığı – AUKUS-u elan etdi. Razılaşmaya əsasən, Avstraliya, xüsusilə, 2036-cı ildə hazır vəziyyətə gətiriləcək ən azı səkkiz nüvə sualtı gəmisi qurmaq üçün Amerika texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ-ın qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır../Müsavat.com/

"AUKUS regional sabitliyi pozur" - Putin

  • 14-10-2021, 12:29
  • 263


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mehdiyevin kürəkəni dövlətdən PUL GİZLƏDİR? - İDDİA
  2. Zəlzələ nəticəsində Böyük Çin səddinin bir hissəsi uçub
  3. Bakıda 18 min manat dəyərində yağış suları üçün olan dəmir barmaqlıqlar oğurlanıb - VİDEO
  4. AZƏRBAYCANDA "OMİKRON" ŞTAMI AŞKARLANDI - Əhaliyə müraciət
  5. “CİN ŞÜŞƏDƏN ÇIXIB, KTMT ÇƏTİN Kİ, ONU YERİNƏ QAYTARA BİLSİN...” - “Nazarbayev Lukaşenko kimi Rusiyanın təsirindən çıxmağa cəhd göstərib və...”
  6. Qazaxıstanda baş verənlər Türkiyə-Rusiya rəqabətinin yeni dalğasıdır?
  7. "Yapı Kredi Bank Azərbaycan"dan NARAZILIQ - "Eynisini mən onlara 5 il əvvəl dedim..."
  8. Bakıda şagirdləri döyən direktora şiddətli töhmət verilib
  9. MN Seyfəli poliqonunda partlayışlara görə əhalini təşvişə düşməməyə çağırıb
  10. Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI