"BU, ÇİNİN İQTİSADİ SÜTUNLARINI SİLKƏLƏYİR..." - Ekspertlər “domino effektinin” işə düşdüyünü bildirirlər

"BU, ÇİNİN İQTİSADİ SÜTUNLARINI SİLKƏLƏYİR..." - Ekspertlər “domino effektinin” işə düşdüyünü bildirirlərPandemiya dünya iqtisadiyyatına böyük zərbə vurub. Qiymətlər qalxıb, resurslar azalıb, işsizlər ordusu yaranıb. Avropa ölkələrini qış aylarının dərdi alıb. Məsələ burasındadır ki, mavi yanacağın qiyməti astoromik rəqəmlərə qədər artıb, enerji mənbələri isə azdır. Bu qış Avropa ölkələri üçün ağır keçəcək. Avropanın alternativ enerjiyə olan ümidləri özünü doğrultmayıb.

Digər tərəfdən mavi yanacaq və sıxılmış qaz alan əsas ölkələrdən biri Çindir. Avropa qərar verənə qədər Çin qış ayları üçün tədbirlərini görüb. Buna baxmayaraq, Pekinin başqa istiqamətlərdə problemləri artıb.


Pandemiyanın başlanğıc nöqtəsi Çin olsa da, bu ölkə digərlərindən fərqli olaraq iqtisadiyyatını qorumağı bacarırdı. Ancaq son aylarda Çin iqtisadiyyatının müxtəlif sahələrində ciddi problemlər üzə çıxıb.

Məşhur “Financial Times” dərgisində yayımlanan məqalədə Çinin daşınmaz əmlak bazarının dağılmağa başladığı yazılıb. Çinin ən böyük tikinti şirkəti olan “Evergrande” iflas həddindədir. Şirkətin 305 milyard dollar borcu yığılıb. Digər tikinti şirkətləri də borc içindədirlər. Bu şirkətlər səhmlər üzrə faizləri ödəyə bilmirlər. Çində tikinti şirkətlərin iflas etməsi bu ölkənin iqtisadi sütunlarını silkələyir. İqtisadi ekspertlər “domino effektinin” işə düşdüyünü bildirirlər.

Beynəlxalq Valyuta Fondunun keçmiş işçisi və eksperti Raquram Radjan Çin iqtisadiyyatının böyük risqlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Pekin əmlak bazarını canlandırmağa çalışsa da, nəticə yoxdur. Əmlak bazarı Çinin ən böyük iqtisadi sektorudur, ən çox gəlir bu sahədən əldə edilirdi. Çin hökuməti əmlak bazarında süni surətdə qiymət artımını əngəlləməyə çalışsa da, bu əks effekt verir.

Bu arada, ABŞ-ın kredit reytinq agentliyi olan “Moody” Çinin kredit reytinqinin aşağı düşməsi barədə məlumat yayıb. “Moody”nin yeni hesabatı Çinin nəhəng istehsalçılarını defolt təhlükəsi qarşısında daha çox narahat edir. Misal üçün Çinin çip istehsalçısı olan “Tsinghua Unigroup” şirkəti iflasdan qurtulmağa çalışır və hazırda maliyyə böhranının həllinə kömək etmək üçün yeddi potensial investorla danışıqlar aparır. Eyni sözləri digər şirkətlər barədə də söyləmək mümkündür.

Çin bu vəziyyətdə 2022-ci ildə qış oplimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu oyunlar Çinə əlavə problemlər yaradıb. Qərb ölkələrində uyğurlara dəstək aksiyaları keçirilir, Çində qış olimpiya oyunlarının boykot edilməsi şüarları artır.

Bu aksiyalarda uyğurların özləri və onlara dəstək verən tibetlilər də iştirak edirlər. Beləliklə, Pekin qısa müddət ərzində həm iqtisadiyyatını təlatümlərdən qorumalı, həm də qış olimpiya oyunlarını keçirməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi

"BU, ÇİNİN İQTİSADİ SÜTUNLARINI SİLKƏLƏYİR..." - Ekspertlər “domino effektinin” işə düşdüyünü bildirirlər

  • 22-10-2021, 20:41
  • 1 130


Oxşar mövzular
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI