Ədalətli cəmiyyət olmayanda...

Ədalətli cəmiyyət olmayanda...
Hökumət maaşların, təqaüdlərin gələn il 20-40 % artacağını vəd edir. Amma, bazarda qiymətlər insanları şoka salır. Ötən ilin bu dövrü ilə müqayisədə bir çox malların qiyməti 100%-ə qədər artıb. Maaşlar artıbmı və ya nə qədər artıb? Hökumətin isə təqaüd və maaşları artırması yəqin ki, 22-ci ilin sonuna qədər nəzərdə tutulub. İlin əvvəlimi artacaq və ya ilin sonuna qədər tədricənmi artacağını da bilən yox. Bu vaxta qədər də qiymətlər yəqin ki, qalxa-qalxa gedəcək. Adi kələmin qiyməti ötən ilin bu vaxtı 60-70 qəpik idi. Bəzən maşınla gətirib satarkən 40-qəpik də olurdu. Bu il nədənsə kələm belə qıtlığa çıxıb. Qiyməti 1 manat 50 qəpik. Ötən il 2.8 manat olan günəbaxan yağı 5.5 manat, qiyməti 8.5 manat olan “Supersun” yağı (əgər yağ demək olarsa)15 manat olub. Çörəyin qiyməti qalxmasa da çəkisini kifayət qədər azaldıblar və S. Kommunal xərclərin də nə qədər qalxdığını nəzərə alsaq bu hakimiyyət xalqa deyir ki, gedin ölün! Xalqın isə hələ də reaksiyası yetərli deyil.
Hökumət suyun, qazın, benzinin qiymətini artırarkən çox əsassız arqumentlər gətirdi. Adamların açıqlamaları həqiqətən gülünc idi. Dedilər ki, abonentlərin sayı artıb, xərclər artıb və S. Ziyanla işləyirik. Amma aldığım məlumata görə, təkcə su idarəsində müdiri səviyyəsində 3.5-4 min manat maaş alırlar. əlavə gəlirləri də olur və bəzən aylıqları 10-15 min manata çatır. “Azəriqaz”da, “Azərişıq” da da vəziyyət belədir. Krallar kimi yaşayırlar, xidməti maşınlar, villalar, bağ-bağatlar, xadiməçilər və daha nələr-nələr. Söhbət hələ adi idarə müdirlərindən gedir. Hansısa şirkətin, nazirliyin rəhbər vəzifələrində oturanlardan, onların qohumlarının milyonlarla, milyardlarla çırpışdırdıqları pullardan getmir. Təbii ki belə hallar var ikən Dövlət şirkətləri, nazirliklər ziyanla işləyəcək də.
“Azərsun” Azərbaycanda ərzaq təminatının az qala 80%-ni yerinə yetirir. Azərbaycan bazarını keyfiyyətsiz, orqanizmə zərərli mallarla doldurub. Keçən il 44 günlük Vətən müharibəsi dövründə belə malların qiymətini 20-25 faiz artırdı. O vaxtdan bu vaxta “Azərsun” qiymətləri durmadan artırır. Buna bir dur deyən tapılmır.
Demək ki, ölkədə dilənçilərin, cinayətkarların, oğruların, intiharların, boşanmaların, xəstəliklərin sayı da durmadan artacaq. Çünki, bir çox problemlərin yaranmasının səbəbkarı elə sosial durumun insanları çıxılmaz vəziyyətə salmasıdır .
Ümid Partiyasının sədri İqbal Ağazadənin bir sözü var. Deyir ki, “Ədalətli məhkəmə olmayan yerdə cinayətkar da haqlı görünür”.
Bəli, həqiqətən də ədalətli bir cəmiyyət olmayan yerdə oğrusu da, dilənçisi də, qulduru da, intihar edəni də, boşananı da, satqını-xəyanətkarı da haqlı görünür.
P,S. Neçə ki, monopoliya aradan qalxmayıb, hakimiyyətin idarəetmə sistemi dəyişməyib, xalqın seçdiyi, xalqı sevən insanlar hakimiyyətdə təmsil olunmayır vəziyyət bu cür davam edəcək.
P,P..S. Hakimiyyət papağını qoyub qabağına fikirləşməlidir. Təcili islahatlara, həm də köklü islahatlara getməlidir. İslahat imitasiyası etməməli, qalibiyyət, zəfər başgicəllənməsindən çıxıb, həm də əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində addımlar atmalıdır. Yoxsa, günün birində gec ola bilər. Kataklizmlər qaçılmaz olacaq. Hakimiyyət nəzərə almalıdır ki, düşmən pusqudadır və hər zaman milli birliyi pozmağa, ölkədə qarışıqlıq yaratmağa hazırdır.

Ədalətli cəmiyyət olmayanda...

  • 26-10-2021, 00:03
  • 1 011


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai polisindən narazılıq- Hadisə araşdırılmır
  2. Elşad Baratın şəhidlərə yazdığı kitab çap olundu - "Ölümsüzlər"
  3. Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi
  4. Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib
  5. Yardımlı şəhər küçələrinin İlham Rzayev problemi…
  6. Azərbaycan nefti ucuzlaşdı
  7. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  8. Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub
  9. Atasını 40 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu
  10. "DELTA”dan 15 DƏFƏ TƏHLÜKƏLİ... - İndi də “Omikron” dünyanı təhdid edir
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI