İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib

1 458 27-10-2021, 20:10 bolge

İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib

Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Emin Ağazadənin anım günüdür.


XƏBƏRDAR.NET'ə İsmayıllı rayon İcra Hakimiyyətindən verilən məlumata görə anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Tahir Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, RİH-in məsul əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri şəhidin Kürdmaşı kənd qəbiristanlığındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.


Mərasimdə çıxış edənlər şəhid Emin Ağazadənin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.


Sonra Kürdmaşı kəndində şəhidin adını daşıyan bulağın açılışı olub. Şəhidin ailə üzvləri bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib.


Anım mərasimində C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.


Daha sonra şəhidin evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub və şəhidin “Qubadlının azad olunmasına görə” medalı ailəsinə təqdim edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib
İsmayıllıda şəhid Emin Ağazadənin anım günü qeyd edilib


Mirzə li

XEBERDAR NET

XƏBƏR LENTİ