Alimlər ilk dəfə hava və işıqdan yanacaq istehsal ediblər

Alimlər ilk dəfə hava və işıqdan yanacaq istehsal ediblərAlimlər adi hava və günəş işığından yanacaq istehsal etmək üçün sınaq zavodu yaradıblar.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat İsveçrənin Sürix Ali Texniki Məktəbinin saytında dərc olunub.

Tədqiqatçılar öz kəşflərini son nəticədə aviasiyaya karbon tullantılarından qurtulmağa kömək edəcək mühüm mərhələ kimi görürlər, lakin belə bir yanacağın istehsalının kommersiya həcmində istifadəyə verilməsinə qədər hələ çox iş görməli olduqlarını bildiriblər.

Karbon qazı ən güclü istixana qazlarından biridir, hazırda təyyarələr, gəmilər ümumi antropogen tullantılarının təxminən 8 faizini təşkil edir.

Sistem İsveçrənin Sürix Ali Texniki Məktəbinin müəllimi Aldo Ştaynfeldin nəzarəti altında hazırlanıb. Cihaz Günəşdən enerji alır və havadan karbon qazı, suyu tutur. Su və qazın qarışığı reaktora daxil olur və burada günəş işığı onları karbon monoksid və hidrogenə çevirir. Sonra bu qazların qarışığından maye karbohidrogenlər əmələ gəlir: qurğu benzin, kerosin, metanol və ya digər yanacaq növləri istehsal edə bilər.

Laboratoriyanın damında yerləşən pilot zavod gündüz yeddi saat 32 millilitr metanol istehsal edir. Hesablamalara görə, bu obyektlə təyyarə yanacağına qlobal tələbatı ödəmək üçün 45.000 kvadrat sahəyə malik zavod lazım olacaq.

Alimlər ilk dəfə hava və işıqdan yanacaq istehsal ediblər

  • 4-11-2021, 10:10
  • 780


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai polisindən narazılıq- Hadisə araşdırılmır
  2. Elşad Baratın şəhidlərə yazdığı kitab çap olundu - "Ölümsüzlər"
  3. Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi
  4. Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib
  5. Yardımlı şəhər küçələrinin İlham Rzayev problemi…
  6. Azərbaycan nefti ucuzlaşdı
  7. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  8. Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub
  9. Atasını 40 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu
  10. "DELTA”dan 15 DƏFƏ TƏHLÜKƏLİ... - İndi də “Omikron” dünyanı təhdid edir
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI