Gürcüstanda ötən sutkada koronavirusa 77 nəfər vəfat edib.
Xeberdar.net-in Xarici KİV-ə istinadən məlumutına görə, 24 saat ərzində 4 563 yeni yoluxma faktı qeydə alınıb, 4 744 nəfər müalicə olunaraq sağalıb.
İndiyə qədər Gürcüstanda COVID-19 virusu 771 381 nəfərdə aşkarlanıb. Onların 705 312-i sağalıb, 10 739-u dünyasını dəyişib.
Xeberdar.net