Amerikalı alimlər COVID-19-un müalicəsində inqilabi yanaşma təklif edir

Amerikalı alimlər COVID-19-un müalicəsində inqilabi yanaşma təklif edirAmerikalı tədqiqatçılar hazırladıqları SLR14 RNT elementinin orqanizmdə I tip interferonların (fitri immun reaksiyanın əsas vasitəsi) istehsalını uğurla aktivləşdirdiyini və koronovirusa yoluxmadan qoruduğunu bildiriblər.

Trend-in məlumatına görə, tədqiqatların nəticələrinə dair hazırlanan məqalədə bildirilir ki, interferon terapiyasının COVID-19-dan ölüm hallarının azaldılmasında effektiv olduğu sübuta yetirilib, lakin bu çox bahalı müalicə metodudur.

Yale Tibb Məktəbi tədqiqatçıları daha ucuz alternativ təklif ediblər. SARS-CoV-2-nin genetik materialını təqlid edən və RIG-I reseptorlarını aktivləşdirən RNT-nin ikincil strukturunun elementlərini xəstələr tərəfindən qəbulu yaranmış vəziyyətdən çıxış yolu kimi göstərilir. Alimlər yeni müalicə üsulunu COVID-19-a yoluxmuş siçanlarda sınaqdan keçiriblər. Gəmiriciləri ağır xəstəlikdən və ölümdən qorumaq üçün bir SLR14 dozası kifayət edib.

Üstəlik, SLR14 delta variantı da daxil olmaqla, koronavirusun yeni variantlarından da qorunmanı təmin edib. İmmuniteti zəifləmiş siçanlarda preparat demək olar ki, orqanizmi tamamilə virusdan təmizləyə bilib. Tədqiqatçıların fikrincə, bu, onlara immuniteti zəifləmiş xəstələri müalicə etməyə imkan verəcək.

Xeberdar.net

Amerikalı alimlər COVID-19-un müalicəsində inqilabi yanaşma təklif edir

  • 12-11-2021, 10:47
  • 225


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mehdiyevin kürəkəni dövlətdən PUL GİZLƏDİR? - İDDİA
  2. Zəlzələ nəticəsində Böyük Çin səddinin bir hissəsi uçub
  3. Bakıda 18 min manat dəyərində yağış suları üçün olan dəmir barmaqlıqlar oğurlanıb - VİDEO
  4. AZƏRBAYCANDA "OMİKRON" ŞTAMI AŞKARLANDI - Əhaliyə müraciət
  5. “CİN ŞÜŞƏDƏN ÇIXIB, KTMT ÇƏTİN Kİ, ONU YERİNƏ QAYTARA BİLSİN...” - “Nazarbayev Lukaşenko kimi Rusiyanın təsirindən çıxmağa cəhd göstərib və...”
  6. Qazaxıstanda baş verənlər Türkiyə-Rusiya rəqabətinin yeni dalğasıdır?
  7. "Yapı Kredi Bank Azərbaycan"dan NARAZILIQ - "Eynisini mən onlara 5 il əvvəl dedim..."
  8. Bakıda şagirdləri döyən direktora şiddətli töhmət verilib
  9. MN Seyfəli poliqonunda partlayışlara görə əhalini təşvişə düşməməyə çağırıb
  10. Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI