“Məmur monopoliyası nəticəsində süni qiymət artımı var”

673 16-11-2021, 17:04 cemiyyet

“Məmur monopoliyası nəticəsində süni qiymət artımı var”“2021- ci ildə əhalinin gəlirlərinin artması ilə yanaşı inflyasiyanın da artması əhalinin vəziyyətinin pisləşməsinə gətirib çıxarılıb”.

Bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışında bildirib.

O qeyd edib ki, nəticədə əhalinin real gəlirləri aşağı düşüb: “Çünki inflyasiya 6 faiz civarındadır. 2022- ci ildə 1,4 milyardlıq böyük sosial paket həyata keçiriləcək. Əməkhaqqı 8 faiz artacaq. Büdcədə də nəzərdə tutulur ki, inflyasiya 4 faizə çatacaq.

Ancaq Elman Rüstəmov da bildirdi ki, xarici amillər hesabına inflyasiya 2,5 faiz, daxil amillər hesabına 2, 5 faiz, monetar hesaba isə 1, 3 faiz olacaq. Bu da 6 faizə yaxın inflyasiya deməkdir. Məmur monopoliyası nəticəsində süni qiymət artımı baş verir. Bunun aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var. Biz monopoliyanın xalqa vurduğu 2,5 milyard ziyanın qarşısını ala bilərik”. /Moderator.az/

XƏBƏR LENTİ