Türkiyə ordusu şəhid verdi - FOTO

466 24-11-2021, 10:46 hadise

Türkiyə ordusu şəhid verdi - FOTONoyabrın 23-də Suriyada ''Barış Pınarı" əməliyyatına rəhbərlik edən mayor Mete Yıldırıma ehtiyatsızlıq üzündən atəş açılıb.



Xeberdar.net-in məlumatına görə,, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.



Bildirilib ki, o, dərhal xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və şəhid olub.



"Bizə dərin ağrı və üzüntü yaşadan bu hadisə zamanı həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə Türk Silahlı Qüvvələri adından başsağlığı və səbr diləyirik", - nazirlikdən bildirilib

Xeberdar.net

XƏBƏR LENTİ