Putin sülhməramlıların Qarabağdakı rolundan DANIŞDI

448 26-11-2021, 16:46 dunya

Putin sülhməramlıların Qarabağdakı rolundan DANIŞDI“Azərbaycan və Rusiya arasında əlaqələr uğurla inkişaf edir”.

Xeberdar.net-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirdiyi görüşdə bildirib.

V.Putin deyib ki, Rusiya Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından biridir.

“Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir. Müxtəlif sahələrdə iki öləkənin əlaqələri davam edir”.

Prezidentin sözlərinə görə, pandemiyaya baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 11% artıb.

V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.


Putinin sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda müsbət rol oynayır, atəşkəs rejiminə nəzarət edən Rusiya-Türkiyə mərkəzi fəal işləyir.


O qeyd edib ki, Ermənistanın baş naziri bir az sonra Qarabağdakı vəziyyəti müzakirə etmək üçün onlara qoşulacaq:


“Təəssüf ki, problemlər, hələ də qurbanlar var. Lakin bunun üçün biz nələr edildiyini və nə edilməli olduğunu görmək üçün toplaşmışıq ki, belə bir şey yaşanmasın. Vəziyyəti sakitləşdirmək üçün şərait yaradacağıq”.

Xeberdar.net

XƏBƏR LENTİ