Ucar rayon Mərkəzi Xəstəxanasında rüşvət tüğyan edir -İDDİA

Ucar rayon Mərkəzi  Xəstəxanasında rüşvət tüğyan edir -İDDİA

Ucar rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvətxorluq tüğyan edir. Təkcə xəstəxananın həkimi İlahə Ağayeva hər gün 3000-3500 manat pul qazanır. O, istədiyi vaxt insanları alçatmaqdan, təhqir etməkdən də qalmır. Ucar rayon xəstəxanasında korrupsiya yuvası yaratmış İlahə həkimin sözünün üstünə söz deyən yoxdur. Çünki, onu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov himayə edir. Xəstəxananın baş həkimi isə İldırım Məmmədovun qızının qaynı Zeynal Bayramlıdır. Bu səbəbdən Zeynal Bayramlı özü şəxsən İlahə həkimin kapirizlərinin qarşısında aciz qalmışdır. Bunu Xeberdar.net-ə Ucar rayonundan olan bir qrup sakin yazıb. Şikayətçilərin məktubunu olduğu kimi oxuculara təqdim edirik.
Ucar rayon Mərkəzi  Xəstəxanasında rüşvət tüğyan edir -İDDİA
“Biz bu şikayət məktubunu yazan Ucar rayon sakinləri Ucar rayon xəstəxanasında özbaşınalıqla, rüşvətxorluqla üzləşmişik. Ucar rayon Mərkəzi Xəstəxanasının həkimi İlahə Ağayeva hər gün 3000-3500 manat pul qazanır ki, buna görə o artıq harınlaşmışdır. Çünki onu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun hoqqabaz qardaşı İldırım Məmmədov himayə edir.
Belə ki, Ucar rayon Mərkəzi Xəstəxanasında həkim İlahə Ağayevanın müayinəsinin özəl qiymətləri var.Ültrasəs müayinə aparatı işlədən İlahə həkimin qiymət cədvəli aşağıdakı kimidir. Qaraciyər dalaq müayinəsi 50 manat, böyrək müayinəsi 50 manat, prostata vəzi, sidik kisəsi kor bağırsaq 60 manat, mədəaltı vəzi 50 manat.
Bu cədvəldə göstərilən qiymətdən 1 manat az pulu ödəyən şəxs təhqirlərə məruz qalaraq oradan qovulur. Hətta İlhahə həkim pul yığmaq üçün özünə iki tibb bacısı ayırıb. İlahə həkimin hər gün otağının qarşısnda yüzdən çox xəstə növbə gözləyir. İlahə həkimin qiymət cədvəlinə uyğun maddi imkanı olmayan xəstələr qonşu Göyçay rayon xəstəxanasına üz tuturlar. Bu hoqqabaz, qudurğan həkimin özbaşınalğına görə kasıb insanlar çox əziyyət çəkirlər.
Ucar rayon xəstəxanasında icbari sığortanın İlahə həkimə heç bir aidiyyatı yoxdur. Adam o dərəcədə harınlayıb ki, bahalı avtomobili ilə rayonda at oynadır, avtoşluq edir.
Hətta yol hərəkəti qaydasını pozduğuna görə ona cərimə tətbiq edildiyi üçün polis zabitini insanların gözü qarşısında təhqir edib alçaltmışdır. Belə ki, xəstə həyat yoldaşını ultrasəs müayinəyə gətirən polis zabitinə qışqıran İlahə həkim "Siz mənə cərimə tətbiq etmişiniz, məndə sənin həyat yoldaşını müayinə etmirəm. Tez xəstəni də götürüb buradan rədd ol".
Həmin vaxt polis zabiti ağrılar içində qıvrılan həyat yoldaşını təcili olaraq qonşu Göyçay rayon Xəstəxanasına aparmağa məcbur olmuşdur. Bütün bu hadisələr orada olan müşahidə kameralarına da düşüb.
Ucar rayon xəstəxanasında korrupsiya yuvası yaratmış İlahə həkimin sözünün üstünə söz deyən yoxdur. Çünki onu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov himayə edir. Xəstəxananın baş həkimi isə İldırım Məmmədovun qızının qaynı Zeynal Bayramlıdır. Bu səbəbdən Zeynal Bayramlı özü şəxsən İlahə həkimin kaprizlərinin qarşısında aciz qalmışdır.
Ucar rayon sakinləri :”


Xeberdar.net olaraq qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da cəhdimiz baş tutmadı. Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

Ucar rayon Mərkəzi Xəstəxanasında rüşvət tüğyan edir -İDDİA

  • 5-12-2021, 11:29
  • 830


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI