ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib

ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib“Ümid edirəm ki, Rusiya mövcud fikir ayrılığının aradan qaldırılması üçün öz qoşununu geri çəkəcək və gərginliyin azalması üçün diplomatik vasitədən istifadə edəcək”.

“Report” ABŞ Dövlət Departamentinin rəsmi məlumatına istinadən xəbər verir ki, bunu ölkənin dövlət katibi Entoni Blinken ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlə bağlı açıqlamasında bildirib.

“ABŞ iki ölkə arasında yaranmış vəziyyətlə bağlı problemlərin həllinə yardım etməyə hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrova açıq aydın başa salmaq istədim ki, Rusiya Ukraynaya münasibətdə istənilən təcavüzkar akt gerçəkləşdirsə, bunun çox ciddi nəticələri olacaq”, - E.Blinken vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə önəmli dərəcədə qüvvə cəmləyib: “Biz Ukrayna daxilində sabitliyi pozmaq, bu ölkəyə qarşı təbliğat kampaniyasını aparmaq üçün sosial şəbəkələrdə fəaliyyətin 10 dəfə artdığını müşahidə etmişik”.

E.Blinkenin sözlərinə görə, Rusiyanın Ukraynaya ehtimal olunan təcavüzü şəraitində NATO müdafiə potensialını artırmağa hazırdır.

Jurnalistin Rusiyaya qarşı hərbi əməliyyatların nəzərdə tutulub-tutulmaması ilə bağlı sualına cavabında dövlət katibi ciddi iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını söyləyib.

ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib

  • 6-12-2021, 10:38
  • 270


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI