Şəhid əsgərimiz yanvarda tərxis olunacaqdı - FOTO

595 9-12-2021, 11:09 cemiyyet

Şəhid əsgərimiz yanvarda tərxis olunacaqdı - FOTOXəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.



Modern.az xəbər verir ki, 2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev əslən Siyəzən rayonunun Zarat kəndindəndir. O, subay olub.



A.Əliyev ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var.



O, Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Xeberedar.net

XƏBƏR LENTİ