Keçmiş qayınatasını BIÇAQLADI

Keçmiş qayınatasını BIÇAQLADIDekabrın 9-u saat 14 radələrində Ağcabədi rayonu, Ağabəyli kəndində yaşayan 1984-cü il təvəllüdlü Aynurə Cəfərovaya və atası 1958-ci il təvəllüdlü Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.



Ağcabədi rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1982-ci il təvəllüdlü İlhamiz Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Aynurə Cəfərovaya və sonuncunun atası Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.





Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.




İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xeberdar.net

Keçmiş qayınatasını BIÇAQLADI

  • 10-12-2021, 10:41
  • 287


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI