Başçı ilə müavinindən QƏRİBƏ ADDIM - İDDİA

501 22-12-2021, 11:33 cemiyyet

Başçı ilə müavinindən QƏRİBƏ ADDIM - İDDİAHakimiyyət dəhlizlərində dolaşan informasiyalara görə, yaxınlarda icra başçılarına birdəfəlik "əlvida" deyəcəyik. Anlaşılan odur ki, rayonların yönəldilməsindən regional idarəetmə üsuluna keçid ediləcək. Amma buna qədərsə vətəndaşlar problemlər içində qalmalıdırlar. Hər halda görünəni budur. Çünki neçə icra başçısı var ki toxunulmaz hesab olunur...

Xeberdar.net-in DİA.AZ-a istinadən məlumatına görə ,belə icra başçılarından biri də Yardımlıya rəhbərlik edən Ayaz Əsgərovdur. Bu barədə redaksiyamıza danışan rayondakı mənbənin sözlərinə görə, Ayaz Əsgərov vətəndaşların incidilməsində, narazılıqların yaradılmasında tək deyil və onun da yanında əsas əlaltısı olan, rayonun talanmasında aşkar şəkildə iştirak edən konkret yaxın fiquru - müavini var: "Necə ki, məsələn, Ağstafada mərhum Nizaməddin Quliyev başçı idi və onun puldaşıyanı da Ramiz Tatarov idi, Yardımlıda da Mahir Mirzəyev yoldaş Əsgərovun puldaşıyanıdır. Bunların mayası eyni yerdən olduğundan, zamanında Ramiz Mehdiyevdən təlimat aldıqlarındandır ki, xarakterlərini dəyişə bilmirlər və ölkədəki yenilənməni həzm etmək iqtidarında deyillər. Ona görə də doğru qərardır ki, bunlarla birdəfəlik vidalaşaq. Amma nə qədər tez olsa, o qədər yaxşıdır".

Mənbə dia.az-a bildirir ki, bu gün Yardımlı RİH-in Mahir Mirzəyev isə "ən mübarək" mövqedə olanıdır: "Hər yerdə deyir ki, onsuz da ona toxunmayacaqlar. İcra hakimiyyətləri də ləğv olunsa, ona daha rahat olacaq. Hər halda barəsində hüquqi addımın atılmasındansa postunun ləğvi daha sərfəlidir..."

Bu arada Yardımlıdakı mənbə maraqlı bir məlumatı da təqdim edib: "Həm Ayaz Səgərov və həm də Mahir Mirzəyev rayondakı obyektlərinə, torpaq sahələrinə əlaltdan müştəri axtarmağa başlayıblar. Yəqin başa düşürlər ki, vəzifədən çıxandan sonra əmlakları gözə girə bilər..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Xeberdar.net

XƏBƏR LENTİ