Putinə şikayət edilən cinayətkar Murmanskda öldürülüb

Putinə şikayət edilən cinayətkar Murmanskda öldürülübRusiyanın Murmansk vilayətinin Umba qəsəbəsində yerli kriminal başçı hesab edilən Viktor Timçenko öldürülüb.

Bu barədə regional “SeverPost” agentliyi məlumat yayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin hansı şəraitdə törədildiyi hələ məlum deyil.

Agentlik xatırladıb ki, sakinlər dəfələrlə Timçenko və qardaşı Vladimirdən şikayət ediblər. Onlar hətta Rusiya Prezidenti Vladimir Putindən də kömək istəyiblər. Bununla bağlı ilk videogörüntü 2020-ci ilin iyununda çəkilib. Sakinlərin sözlərinə görə, Timçenko qardaşları daim həmyerlilərini döyüb, öldürməklə hədələyib, qul kimi işləməyə məcbur ediblər. Şikayət cəmiyyətdə geniş əks-səda doğurub.

Elə həmin ilin iyulunda lentə alınan başqa videogörüntüdə ilk görüntülərin müəlliflərindən biri Murmanskdan hüquq-mühafizə orqanları əməkdaşlarının təhqiqat üçün Umbaya gəldiklərini, lakin bunun onlara kömək etmədiyini söyləyib. İddialara görə, şahidləri qorxutmağa başlayıblar. Bu videoda cinayətkar qardaşların döydükləri və təhdid etikləri şəxslərin özləri danışıb.

Viktor Timçenkonun qətli Rusiyanın sosial şəbəkə istifadəçilərinin böyük marağı ilə qarşılanıb./“Report”

Putinə şikayət edilən cinayətkar Murmanskda öldürülüb

Putinə şikayət edilən cinayətkar Murmanskda öldürülüb

  • 4-01-2022, 09:51
  • 246


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI