Məhbuslara qarşı zorakılıq: onları 5 ildən 10-ilədək HƏBS GÖZLƏYİR

497 24-01-2022, 10:55 cemiyyet

Məhbuslara qarşı zorakılıq: onları 5 ildən 10-ilədək HƏBS GÖZLƏYİRÇexiyanın şimal-şərqində Yicin şəhəri yaxınlığında yerləşən Vadliçe həbsxanasının 8 mühafizəçisi məhbuslara qarşı vəazifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Xeberdar.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Çex" televiziyası məlumat yayıb.

Bildirilib ki, ötən ilin oktyabrında başlanmış cinayət işi üzrə istintaqı Hüquq-Mühafizə Orqanlarının Baş Müfəttişliyi aparır.

Müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən ikisi kameralarda şəxsi əşyalarına baxış zamanı məhbuslara qarşı fiziki zorakılığa yol veriblər. Altı məhbus isə bu hərəkətlərin qarşısını ala biləcək heç bir müdaxilə etməyib.

Nəzarətşilərin günahı sübuta yetirilərsə, onları 5 ildən 10 ilə qədər həbs gözləyir.

XƏBƏR LENTİ