Xətaidə hasarlanan ərazidə nə tikilir?

369 21-02-2022, 14:48 cemiyyet

Xətaidə hasarlanan ərazidə nə tikilir?Xətai rayonunda Vunq Tau küçəsi, 9 saylı poliklinika və 6 saylı ASAN Xidmətin arasındakı ərazi hasarlanıb. Ərazidə tikinti işləri gedir.

Bu barədə Axar.az-a açıqlama verən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, sözügedən ərazidə Heydər Əliyev parkının genişləndirilmə işləri aparılır.

“Ötən il yay aylarında 6 saylı ASAN Xidmət tərəfdəki 2 hektara yaxın ərazidə də genişləndirmə işləri aparıldı. İndi isə 9 saylı poliklinikaya qədər ərazidə genişləndirmə işləri aparılır. Orada daş işləri də görüləcək. Ən əsas məqam isə həmin ərazidə möhtəşəm amfiteatrın olacağıdır. Yaxın zamanda ictimaiyyətə bu barədə geniş açıqlama veriləcək”, - P.İmanov deyib.

Xeberdar.net

XƏBƏR LENTİ