CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 116,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,2 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 114,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,26 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 91,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,35 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 117,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,38 dollar/barel çoxdur.
Xeberdar.net