Zelenski: "Müharibə bitməlidir"

530 9-03-2022, 13:08 dunya

Zelenski: "Müharibə bitməlidir"Ukrayna Prezidenti: "Biz danışıqlar masası arxasına əyləşməliyik"

Volodimir Zelenski çərşənbə axşamı videomüraciətində yenidən Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara çağırış edib.

Xeberdar.net xəbər verir ki, videomüraciət Prezidentin “Telegram” kanalında yayımlanıb.

“Müharibə bitməlidir, biz danışıqlar masası arxasına əyləşməliyik. Lakin vicdanlı və əsaslı. Xalqın maraqları naminə”, - deyə Zelenski bildirib.

Rusiya və Ukrayna daha əvvəl üç raund danışıqlar aparıb. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəlinib.

Xeberdar.net

XƏBƏR LENTİ