Azərbaycanda bir həftədə 200-dən çox mina aşkarlandı

525 11-04-2022, 12:39 cemiyyet

Azərbaycanda bir həftədə 200-dən çox mina aşkarlandıAzərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 106, tank əleyhinə 141 mina və 156 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 237 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Azərbaycanda bir həftədə 200-dən çox mina aşkarlandı

XƏBƏR LENTİ