“Şoyqu reanimasiyadadır, 20-yə yaxın general həbs edilib” – Rus oliqarxlarına yaxın mənbə

485 14-04-2022, 13:35 dunya

“Şoyqu reanimasiyadadır, 20-yə yaxın general həbs edilib” – Rus oliqarxlarına yaxın mənbəRusiyanın müdafiə naziri Sergey Şoyqu son günlər görünmür.

Dünən Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostinin Şoyqu və Baş Qərərgah rəisi Valeri Gerasimovla əlaqə qurmaq cəhdləri alınmır.

“Son cəhdin nə vaxt olduğunu bilmirəm. Məncə, bu yaxınlarda, olub. Və yenə də ruslardan heç bir cavab olmadı”, – Kirbi deyib.

Ukrayna və Qərbin bəzi media orqanları nazirin səhhətində ciddi problemlər olduğunu, bu səbəbdən aktiv fəaliyyət rejimindən kənarlaşdırıldığını yazıb. Bu xəbərlərdən sonra S.Şoyqu Kreml rəhbəri V.Putinin keçirdiyi müşavirədə görünsə də, sonradan yenə "qeybə çəkilib".

Rusiya oliqarxlarına yaxın olmuş Leonid Nevzlin adlı şəxs isə Moskvadakı mənbələrindən aldığı məlumata əsasən sosial şəbəkədə yazıb ki, Şoyqu "geniş infarkt" səbəbindən reanimasiyaya aparılıb. Müdafiə Nazirliyinin 20-yə yaxın generalı isə 10 milyard dollarlıq korrupsiya ittihamı ilə həbs edilib.


“Şoyqu reanimasiyadadır, 20-yə yaxın general həbs edilib” – Rus oliqarxlarına yaxın mənbə
Xatırladaq ki, ötən həftə V.Putin Ukraynada döyüşən ordu hissələrinə Çeçenistan və Suriya müharibələrində qəddarlığı ilə ad çıxarmış general-leytenant Aleksandr Dvornikovu komandan təyin edib.

"AzPolitika.info"

XƏBƏR LENTİ