Azərbaycanda ərzaq bahalaşması davam edir: Səbəb nədir? - AKTUAL

570 16-05-2022, 15:52 cemiyyet

Azərbaycanda ərzaq bahalaşması davam edir: Səbəb nədir? - AKTUALÖlkədə ərzaq məhsullarının bahalaşması artan templə davam edir. Bəzən bu gün akdığın məhsulununun sabah bir qədər də bahalaşdığına şahid ola bilirsən.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkələrdən Azərbaycana gətirilən məhsulların qiymətində də bahalaşma var. Ötən ilin sonunda ölkədə sosial paket yenilənsə də, görünən odur ki, hökumət yeni sosial oaket haqqında düşünməli olacaq. Teref.az-ın məlumatına görə, iqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən icra edilən yeni sosial islahat paketi 3,4 milyon insanı əhatə etməklə, 2,1 milyard manatdan çox illik maliyyə dəyərə malikdir: “Ümumən götürdükdə isə, 2019-cu ildə və bu ilin yanvarın 1-dənn həyata keçirilən 3 sosial islahat paketi 4 milyon insanı əhatə etməklə, bu paketlər üçün illik əlavə olaraq 6 milyard manat vəsait ayrılıb. Sözügedən paketlər əgər, bahalaşmaya və inflyasiyaya səbəb olsaydı, bu özünü 2019-cu ildə göstərərdi. Belə ki, həmin ildə 2 sosial paket həyata keçirildi. Bir ilin ərzində iki dəfə artımlar edildi. Bunun müqabilində 2019-cu ildə istehlak qiymətləri indeksində 2018-ci ilə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2 faiz artım qeydə alınıb. Yəni bahalaşma əməkhaqqı və pensiyalarla əlaqədar deyil. Bahalaşma keçən ilin əvvəlindən start götürüb. Və bu, özünü ən çox ərzaq məhsullarında göstərir”.

İqtisadçı bildirir ki, 2021-ci ildə 2-4 faiz aralığında nəzərdə tutulsa da, illik inflyasiya 12 faiz təşkil edib. Ərzaq məhsullarının bahalaşması 15,8 faiz təşkil etməklə, ümumi inflyasiya həddinin təxminən 3/5 hissəsinə bərabər olub.

Ekspert vurğulayıb ki, eyni tendensiya bu gün də qalmaqda davam edir. Belə ki, inflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən çoxdur. Başqa sözlə, qiymət yüksəlişin əsas təkanverici qüvvəsi eyni olaraq qalır: “İlin ikinci yarısında növbəti bir sosial paketin də icrasına start verilib, verilməyəcəyindən asılı olmayaraq bahalaşmada növbəti dalğa gözlənilir”.

P.S. Yəni bu o deməkdir ki, yeni bahalaşmaya hazır olun. Bu gün narazılıq etdiyimiz qiymətlərə ilin ikinci yarısında şükr etməli olacağıq.

XƏBƏR LENTİ