İrəvanda müxalifətin növbəti mitinqi başlayıb

İrəvanda müxalifətin növbəti mitinqi başlayıbİrəvanın mərkəzində, Fransa meydanında müxalifət tərəfdarlarının etiraz aksiyası başlayıb.

Xeberdar.net-in TASS-a istinadən verdiyi məlumata görə, aksiyada 1 000-dən çox insan iştirak edir.

Təşkilatçılar xüsusi quraşdırılmış böyük ekranda toplaşanlara etirazçıların polis tərəfindən saxlanmasının görüntülərini nümayiş etdirirlər. Dünəndən elan olunan etiraz aksiyası hələlik dinc məcrada keçir.

Qeyd edək ki, bu gün səhər İrəvan polisinin mətbuat xidməti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə şəhərin bəzi küçələrini bağlayan 286 müxalifət fəalının həbs edildiyini açıqlamışdı.

Xeberdar.net

İrəvanda müxalifətin növbəti mitinqi başlayıb

  • 17-05-2022, 20:59
  • 300


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI