"22 ölkədə naməlum mənşəli hepatit aşkarlanıb" - ÜST

"22 ölkədə naməlum mənşəli hepatit aşkarlanıb" - ÜSTİyirmi iki ölkədə indiyədək uşaqlarda mənşəyi məlum olmayan 250-yə yaxın hepatit qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Filippa İsterbruk deyib.

"Mənşəyi məlum olmayan hepatitlərin aşkar olunduğu ölkələrin əksəriyyəti Avropa regionundadır. Bir sıra hallar da təsdiqini gözləyir".

İsterbruk bildirib ki, altı uşaq bu hepatitdən ölüb və 26 uşaq qaraciyər transplantasiyasına ehtiyac duyur.

Ekspertin sözlərinə görə, ÜST xəstəliyin səbəblərini öyrənməyə davam edir və bu məsələdə müxtəlif ölkələrlə fəal əməkdaşlıq edir.

Mütəxəssislər koronavirusa qarşı peyvəndlə əlaqəni müəyyən etməyiblər və əsas fərziyyələr adenovirus və koronavirusla bağlıdır.

"22 ölkədə naməlum mənşəli hepatit aşkarlanıb" - ÜST

  • 18-05-2022, 10:01
  • 307


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI