Türkiyə Qara dənizdə qaz hasilatına 10 milyard dollar xərcləyəcək

736 6-06-2022, 12:01 dunya

Türkiyə Qara dənizdə qaz hasilatına 10 milyard dollar xərcləyəcəkTürkiyə Qara dənizdəki “Sakarya” yatağından qaz hasilatının təmin edilməsi layihəsinə 10 milyard dollar yatıracaq.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dənizin 2200 metr dərinliyindən hasil olunacaq qazı sahilə daşıyacaq boru kəmərinin düzülməsi ilə eyni vaxtda 30 gəmi məşğul olacaq.

“Sakarya” yatağından Filos limanına qədər 155 km borunun düzülməsi nəzərdə tutulur. Yataqda ilkin qiymətləndirmələrə əsasən 540 milyard kubmetr qaz ehtiyatı var. Yataqdan hasil olunacaq ilk qazın 2023-cü ildə əldə olunacaq. Hazırda yataqda 4200 nəfər çalışır. Eyni vaxta 10 quyunun qazılması işləri həyata keçirilir.

Türkiyə hökuməti 2023-cü ilin birinci rübündə yataqdan gündəlik 10 milyon kubmetr qaz almağı hədəfləyir.

XƏBƏR LENTİ