Türkiyədə ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib

744 18-06-2022, 09:18 dunya

Türkiyədə ŞİMŞEK dronu uğurla sınaqdan keçirilibTürkiyənin ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib.

Xeberdar.net məlumat verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında bildirib.

Türkiyə istehsalı olan ANKA pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilən ŞİMŞEK qarşıya qoyulan məqsədlərə uğurla nail olub.

TUSAŞ şirkəti tərəfindən hazırlanan pilotsuz təyyarə havada 45 dəqiqəyə qədər qala bilir. Maksimal uçuş məsafəsi 70 km-dir.

ŞİMŞEK pilotsuz uçuş aparatı yerli silah sistemlərini sınaqdan keçirərkən ehtimal olunan düşmən hədəfi kimi çıxış etmək də daxil olmaqla müxtəlif vəzifələr üçün nəzərdə tutulub.

İsmayıl Dəmir qeyd edib ki, Türkiyə hərbi-sənaye kompleksi innovativ texnologiyaların inkişafını davam etdirir.

XƏBƏR LENTİ