Sabahdan Azərbaycanda dörd günlük bayram tətili başlayır

770 8-07-2022, 10:41 cemiyyet

Sabahdan Azərbaycanda dörd günlük bayram tətili başlayırSabahdan Qurban bayramı ilə əlaqədar ardıcıl dörd gün iş olmayacaq.

İyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Həmin tarixlər şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar ardıcıl dörd gün (9, 10, 11 və 12 iyul) qeyri-iş günləridir.

Növbəti iş günü iyulun 13-dədir.

XƏBƏR LENTİ