İrəvanda torpaq işləri zamanı top mərmisi tapılıb

759 22-07-2022, 10:51 dunya

İrəvanda torpaq işləri zamanı top mərmisi tapılıbSursatları tapan vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin və Mülki Müdafiə Mərkəzinin əməkdaşlarına zəng ediblər.

İrəvanın Bağrevənd məhəlləsi yaxınlığında top mərmisi tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mənbənin bildirdiyinə görə, cümə axşamı saat 18:42 radələrində Böhran İdarəetmə Mərkəzinə torpaq işləri zamanı artilleriya sursatının tapıldığı barədə siqnal daxil olub.

Paytaxtın xilasetmə idarəsinin döyüş heyəti və mülki müdafiə qüvvələrinin mühəndis-istehkam dəstəsi fövqəladə hadisə yerinə gəlib.

XƏBƏR LENTİ