Rusiya bombardmanında həlak olan taxıl biznesmeni Vadaturski Türkiyəyə getməyə hazırlaşırmış.
Xeberdar.net xəbər verir ki, bununla bağlı Ukrayna mətbuatı informasiya yayıb.
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak da Vadaturskinin ölümünün heç də təsadüf olmadığını açıqlayıb və biznesmenə hücumu “Rusiya tərəfindən xüsusi olaraq planlaşdırılan qətl” kimi qiymətləndirib.