Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü

551 18-08-2022, 10:48 dunya

Norveçin neft fondu 173 milyard dollar zərərə düşdüNorveçin neft fondu 2022-ci ilin birinci yarısında 173 milyard dollar zərərə düşüb. Bu məbləğ onun bütün investisiyalarının dəyərinin 14,4%-ni təşkil edir.

Bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.
“Bu vəziyyət Avropada faiz dərəcələrinin artması, yüksək inflyasiya və Ukrayna müharibəsi nəticəsində yaranıb. Fondun səhmlərə yatırdığı investisiyaların dəyəri 17%, istiqrazların dəyəri isə 9,3% ucuzlaşıb. Xüsusən də texnologiya şirkətlərinin səhmləri 28% dəyərdən düşüb”, - deyə fondun rəhbəri Nikolay Tangen bildirib.

O əlavə edib ki, son 6 ayda müsbət dinamikanı yalnız enerji sektoru göstərib – 13%. Həmçinin fondun daşınmaz əmlaka investisiyaları da 7,1% dəyər qazanıb. (Mənbə: TASS)

XƏBƏR LENTİ