"Araz" supermarketiundə 3 günə yağın 1 kq-nın 6 manat bahalaşması yəqin ki, rekorddur"

433 25-08-2022, 11:25 cemiyyet

 "Araz" supermarketiundə 3 günə yağın 1 kq-nın 6 manat bahalaşması yəqin ki, rekorddur"Həmişə yaxşı yağ axtarışına çıxaraq fərqli markalardan yağ alıram. Heç birinin təmiz. qatqısız olduğuna inanmıram. Amma Azərbaycan mətbəxində də yeməklərin yağsız bişmədiyi məlum. Bu günlərdə "Araz" marketdə İranın "Port de Calleh" yağını gördüm. Satıcı qadın onu xeyli təriflədi. Kilosu 12 manat idi. Şübhə içində yağı aldım. Evdə onu əritdik. Ərinmiş yağın dadı və ətri çox xoşumuza gəldi. Qərara aldıq ki, nə qədər ki, Bakıətrafı sexlərdə onun icabına baxmayıblar, 3-5 kq alıb ədirək.
Teref.az yazır ki, bunu sosial şəbəkə fəalı Ülker Abdullayeva yazıb. Daha sonra Ülkər xanım yazır:
Səhəri gün marketdə həmin yağın kilosu 15.99 idi. Bir günə 4 manat bahalaşma. Acığa almadım. Bunu markertin alıcılara qarşı əclaflığı kimi qiymətləndirdim. Sonrakı gün gözüm təzədən piştaxtada həmin yağın qiymətinə sataşdı. Bu dəfə 17.99-a qoyulmuşdu. 3 günə yağın 1 kq-nın 6 manat bahalaşması yəqin ki, rekorddur. Final qarğıdalı yağlarının da qiyməti at belindədir. Çörəyin qiyməti qalxan kimi avtomatik 2 manat qalxdı. Ölkədə ən çox istehlak edilən ərzaq məhsullarının, sabun və yuyucu vasitələrin qiymətini dayanmadan artıranlara bir dur deyən olacaqmı?!!! İnsanlar qorxudan səslərini çıxarmırlar, bəs ölkənin ərzaq bazarını əlində saxlayanların vicdanına nə gəlib? Doğrudanmı, monopolislərin, dövlətiçi mafiyaların, oliqarxiyanın heç nədən qorxusu yoxdur?!

xeberdar.net

XƏBƏR LENTİ