Beyləqanda avtomobil aşıb, sürücü ölüb

483 26-08-2022, 10:49 hadise

Beyləqanda avtomobil aşıb, sürücü ölübBeyləqanda avtomobil aşıb.

Hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb.

Rayon sakini, 1976-cı il təvəllüdlü Novruz Qasımov VAZ-21150 markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını yoldan çıxaraq aşıb. Nəticədə Novruz Qasımov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb./Moderator.az\

XƏBƏR LENTİ