Ali məktəblərə ixtisas seçimi başa çatdı

339 29-08-2022, 10:12 cemiyyet

Ali məktəblərə ixtisas seçimi başa çatdıAli təhsil müəssisəslərinə ixtisas seçimi başa çatıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İlkin məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.

I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə isə 10527 nəfər ixtisas seçimi ərizəsi qeydə alınıb.

İxtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı. Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.


Xeberdar.net

XƏBƏR LENTİ