İki Avropa ölkəsi ruslara Şengen qadağasına qarşı çıxdı

314 30-08-2022, 11:30 dunya

İki Avropa ölkəsi ruslara Şengen qadağasına qarşı çıxdıAlmaniya və Fransa ruslara Şengen vizalarının verilməsinə qadağaya qarşı çıxıb.

Azpost.info xəbər verir ki, məsələ ilə bağlı iki Avropa ölkəsinin mövqeyini DPA agentliyi onların Avropa İttifaqının (Aİ) digər dövlətlərinə göndərdiyi sənədə istinadən yayıb.

Agentliyin məlumatına görə, Paris və Berlin Aİ-ni vizalardan mühüm təsir rıçaqı kimi istifadə etməyin ağıllı yolları üzərində düşünməyə çağırıb. Xüsusilə, Rusiya vətəndaşlarının mümkün təhlükəsizlik təhdidləri üçün hərtərəfli yoxlanılması təklif ediblər.

Həmçinin demokratik ölkələrdə yaşama təcrübəsinin xüsusilə gələcək nəsillər üçün təsirini qiymətləndirməmək lazım olduğunu qeyd ediblər.

Xeberdar.net

XƏBƏR LENTİ