İraqda silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

346 30-08-2022, 14:28 dunya

İraqda silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıbİraqın paytaxtı Bağdadda silahlı toqquşmalar nəticəsində azı 30 nəfər həlak olub.

Bu barədə Al Hadath telekanalı məlumat yayıb. İraqın Rudaw telekanalının məlumatına görə, toqquşmalar zamanı azı 380 nəfər yaralanıb.

Bu gün səhər saatlarında Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanın” raket atəşinə tutulduğu bildirilir. Sky News Arabia telekanalı xəbər verir ki, zərbə dörd raketlə endirilib.

Bazar ertəsi günü siyasətdən getdiyini elan edən şiə imamı Muqtada əs-Sadrın yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanı” tutub. Etirazçılar Respublika sarayını əhatəyə alıb və binaya giriblər. Ölkənin bütün ərazisində komendant saatı elan edilməsinə baxmayaraq, paytaxtda və bəzi regionlarda toqquşmalar davam etməkdədir.

Al Jazeera telekanalının məlumatına görə, avqustun 30-na keçən gecə hökumət nümayəndələri və İraqın bir sıra siyasi qüvvələrinin liderləri atəşin dayandırılması barədə danışıqlar aparıblar, lakin əldə olunan razılaşmalar barədə informasiya verilmir.

Bu arada İranın İraqla bütün quru sərhədləri bağladığına və Bağdada uçuşları dayandırdığına dair xəbərlər də yayılıb. /Azərtac/

XƏBƏR LENTİ